Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla mübarizə üçün yaxın zamanda Çinə ekspertlər göndərəcək.
Pravda.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında deyilir.
Bildirilir ki, ekspertlər çinli alimlərə yeni növ koronavirusu öyrənməkdə və ona qarşı mübarizə tədbirləri hazırlamaqda kömək edəcəklər.