Azərbaycan Xalq artisti Zeynəb Xanlarova solo konsert verməyə hazırlaşır.
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur - FOTO
Pravda.az xəbər verir ki, 12 ildir ki, solo konsert verməyən Zeynəb Xanlarova 18 mart tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Musiqili gecəyə media və şou-biznesin diqqəti böyük olsa da, bu, bilet satışında özünü göstərmir. 20-250 manat arasında dəyişən biletlərin çox az sayda alınmasına “iTicket.az” onlayn satış platformasına daxil olaraq görmək mümkündür. Ən çox satış 20-40 AZN-lik olan yerlərədir.