Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura mənzil hədiyyə edib.
Xalq artisti AZXEBER.COM-a açıqlamasında Prezidentə minnətdarlığını bildirib: "İyulun 17-i şəhid Rövşən Nurizadənin ailəsinə Prezidentin sərancamı ilə mənzil verildi. Yarım saat sonra mənə zəng gəldi və çağırdılar. Həm oğlumun, həm də mənim adıma sənədləri təqdim etdilər. Biz cənab Prezidentə ailəmiz adından təşəkkür edirik, ona can sağlığı, uzun ömür arzulayırıq. Ali Baş Komandan kimi həmişə qalibiyyət arzulayıram. Cənab Prezidentin diqqətinə, qayğısına görə, ona minnətdarlığımı bildirirəm".