BURADA REKLAMINIZ OLA
BİLƏR

"Camaatın əl-ayağına düşüb niyə öpürsüz?" - Tolikdən namizədlərə irad - VİDEO

Aparıcı Tarix Əliyev (Tolik) deputatlığa namizədliyini verənləri tənqid edib.

 

Pravda.az-ın xəbərinə görə, T.Əliyev Xəzər TV-də yayımlanan verilişində camaatın əl-ayağından öpənləri biabır edib:  "Hər kəs özünə bir az hörmət eləsin. Millət vəkili olmaq məsələsini şouya döndərdilər. Camaatın əl-ayağına düşüb niyə öpürsüz? Ayıbdır! Özünüzə hörmət edin.

 

 Deputatlıq mandatına görə yıxılmısız bir ananın ayağının altına. Yaxşı, öpürsən. Bunu çəkib niyə yayırsan? Bunu əvvəl edərdiz. Bizə sizin əl öpməyiniz lazım deyil. Siz o kresloya görə əl öpürsüzsə, öpməyin.

 

 Siz platformanızı bizə göstərin. Nə etmək istəyirsiz? Öz ananızın əlini öpməmisiz, gedib başqasının anasının əlini öpürsüz".

Tarix: 29 Yanvar 2020, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin