BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşəldə yandırılan səmt qazının həcmi minimuma endiriləcək

"SOCAR bu ildən etibarən məşəldə yandırılan səmt qaz üzrə göstəricini sıfır səviyyəyə endirməyi hədəfləyir".

 

Pravda.az-ın xəbərinə görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

"SOCAR olaraq bu gün biz Azərbaycanda qazın məşəldə yandırılmasını tarixdə ən aşağı səviyyəyə salmışıq. Bu ildən etibarən isə hədəf budur ki, bu göstərici sıfır səviyyəsində olsun", - deyə İ. Əhmədov qeyd edib.

 

Onun sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, qaz tamamilə mənimsənilsin və əhalinin tələbatının ödənilməsinə yönəldilsin: "Gəlir olsa da, olmasa da, dövlət şirkəti olaraq bizim dövlət qarşısında, ölkə qarşısında sosial öhdəliyimiz var".

 

Xatırladaq ki, SOCAR ötən il 6,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2018-ci illə müqayisədə 4,6%-lik artım deməkdir. Ölkə üzrə 2019-cu ildə ümumi qaz hasilatı 35,6 mlrd. kubmetr təşkil edib.APA TV

Tarix: 29 Yanvar 2020, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin