BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov: "Xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir"

"Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov bu gün keçirilən Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.

 

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir.

 

Ə.Əsədov qeyd edib ki, qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı.

Tarix: 21 İyul 2021, 20:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin