Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Tokio-2020: Üzgüçülərimiz mübarizəni dayandırdı

1 361
Paylaş:
Tokio-2020: Üzgüçülərimiz mübarizəni dayandırdı

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Pravda.az-ın məlumatına görə, idmançı təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib.

Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yekunda 30-cu olub və yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah olub.

Paylaş:

Ən son xəbərlər