BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfər Mehdiyev Azərbaycandakı xarici nömrəli avtomobillərdən danışdı

“Qərarlar yazılarkən hansısa dövlətə uyğunlaşdırılmır. Xarici dövlət qeydiyyat nişanlı avtomobillərin Azərbaycana daxil olması Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Bu qərarda da yazılır ki, xarici dövlət qeydiyyat nişanlı avtomobillər 90 gün müddətində Azərbaycan ərazisində hərəkət edə bilər. Müddətin uzadılmasının da qaydaları qanunvericiklə tənzimlənir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

 

Komitə sədri qeyd edib ki, burada ajiotaj yaradacaq məsələ yoxdur: “Sadəcə, bəzi işbazlar xarici ölkələrdən ucuz avtomobillər alaraq ölkə ərazisinə gətirirlər. Qanun hamı üçündür, həmin şəxslərə də tətbiq olunur. Bu, xarici ölkələrdə də belədir. Məhdudiyyət ona görədir ki, xaricdən gətirilən avtomobil dövlət qeydiyyatına alınsın”.

 

S.Mehdiyev bildirib ki, istehsal ili 2012-ci ildən əvvəl olan avtomobillərin ölkəyə buraxılmaması ilə bağlı konkret qərar yoxdur: “İli köhnə olan avtomobillərin ölkəyə buraxılması ilə məhdudiyyət ekoloji məsələlərlə bağlıdır. Dövlət Gömrük Komitəsi bu məsələlərlə bağlı layihələrə həmişə müsbət rəy verir”.

Tarix: 30 Yanvar 2020, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin