Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Yarışın dördüncü günündə 21 dəst mükafat sahibini tapacaq.
İyulun 26-da Azərbaycan millisinin 6 üzvü mübarizə aparacaq. Onlardan beşi yarışa start verəcəksə, stend atıcısı Emin Cəfərov təsnifat mərhələsini davam etdirəcək. Təmsilçilərimizin hamısı medal uğrunda yarışı bir gündə tamamlayacaq.
Yığmamızın bayraqdarı Rüstəm Orucov cüdoda bayrağımızı dalğalandırmağa çalışacaq. Digər bayraqdarımız Fəridə Əzizova və Milad Beiqi Harçeqani də medal əldə etməyə namizədlərdir.
Triatlonçu Rostislav Pevtsov da yarışın favoritləri arasında göstərilir. Anna Baştaya böyük ümidlər bağlanılmır. Emin Cəfərov isə təsnifat mərhələsinin ilk günündən sonra yalnız möcüzəyə ümid edə bilər.
26 iyul