BURADA REKLAMINIZ OLA
BİLƏR

Müddət uzadıldı

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

 

Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

 

Tarix: 26 İyul 2021, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin