BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvəndlə bağlı statistika açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 432 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 564 329, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 910 056 təşkil edir.

Tarix: 26 İyul 2021, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin