BURADA REKLAMINIZ OLA
BİLƏR

Tokio-2020: Azərbaycan millisinin 2 idmançısı mübarizəyə başlayır

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Pravda.az-ın məlumatına görə, yarışın 5-ci günündə 22 dəst medal sahibini tapacaq.

 

Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulacaq. Onlardan yalnız biri medal şansına ilk gündə aydınlıq gətirəcək.

 

Bu, cüdoçu Murad Fətiyevdir. O, 81 kq çəki dərəcəsində mükafatçılar sırasına düşməyə çalışacaq.

 

Bu gün həm də Azərbaycan badmintonu üçün Olimpiadada debüt gerçəkləşəcək. Qrup mərhələsində ilk turu buraxan milliləşən legioner öz debütündə 1/8 finala doğru ilk addım atmağa çalışacaq.

 

27 iyul

06:00. Cüdo. Kişilər, 81 kq. 1/16 final. Murad Fətiyev – Frederik Harris (Syerra-Leone)

15:00. Badminton. Kişilər, L qrupu, II tur. Edi Reski Dviçayo - Tien Minh Nguye (Vyetnam)

Tarix: 27 İyul 2021, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin