Bakıda yerləşən məşhur "Qoşa Qala" restoranı rəsmi instagram hesabında kişi müştərilər üçün müəyyən qadağalarla bağlı post paylaşıb.
Məşhur restorandan “şortik” geyinən kişilərə qadağa
Pravda.az xəbər verir ki, paylaşımda qeyd olunub ki, restorana aid xüsusi dres-kod mövcuddur:
"Bu səbəblə restorana şort və dabancıq ayaqqabı ilə (başmaqla) giriş, təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir".