BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcər istiqamətində gərginlik - Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Tarix: 27 İyul 2021, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin