BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzahir Pənahov: “Qanun pozuntuları ilə bağlı məlumatları Qabil Orucova verin”

“Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupu sosial şəbəkələri daim izləməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılmış videomateriallar seçkiləri şübhə altına almağa imkan verir: “Bu cür hallar varsa, mətbuat qrupu sosial şəbəkələri ciddi şəkildə izləməlidir. Çünki bu halların yayılmasında kifayət qədər ciddi maraqlı olan qüvvələr var”.

 

M. Pənahov qeyd edib ki, heç kim hər şeyi ideal olduğunu iddia etmir: “Bu və ya digər xoşagəlməz hallar araşdırılmalıdır. Bu gün reallıqda sosial şəbəkələri izləyib çatdırmaq mümkün olmur. KİV nümayəndələrindən kimsə haradasa görsə ki, qanun pozuntuları var, bununla bağlı MSK üzvü Qabil Orucova məlumat versin”.

 

 

Tarix: 30 Yanvar 2020, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin