D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.
Pravda.az xəbər verir D vitamin çatışmadıqda, əsasən aşağıdakı 8 xəstəlik yaranır:
Zökəm
Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.
Yüksək qan təzyiqi
Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.
Xərçəng
D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.
Karies, ağız boşluğu və dişlərin xəstəlikləri
Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.
Bağırsaq xəstəlikləri
ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.