BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr tezliklə bərpa olunacaq"

"Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə ermənilərin dağıtdığı tarixi abidələr tezliklə bərpa olunacaq".

Pravda.az xəbər verir ki, bunu AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Qarabağa görülən hər bir iş, hər bir səfər bizim üçün önəmlidir. Çünki Qarabağda tarixi mədəniyyət abidələrimizin əksəriyyəti dağıntılara məruz qalıb. O cümlədən İmarət qəbiristanlığı. Səfərimi məqsəd İmarət qəbiristanlığıını əvvəlki görkəminə qaytarmaq, bərpa işləri aparmaqdır. Bu məqsədlə də əraziyə belə bir səfər təşkil olunub. Əlbəttə, əvvəlki görkəminə qaytarmaq üçün bərpa işləri aparıb buranı tezliklə insanların ziyarət yerinə çevirəcəyik", - o bildirib

Tarix: 29 İyul 2021, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin