BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ailələrə 480 manat veriləcək

01.01.2021-ci il tarixindən sonra valideyn himayəsindən məhrum olmuş 3 yaşından yuxarı uşağın övladlığagötürülməsi, o cümlədən sağlamlıq imkanları məhdud 0-18 yaşı olan uşağa görə müvafiq olaraq 160 AZN və 480 AZN müavinət təyin edilib.

Pravda.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

O qeyd edib ki, əlavə olaraq "Təhsil haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.


Trend

Tarix: 29 İyul 2021, 17:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin