BURADA REKLAMINIZ OLA
BİLƏR

XİN başçılarının görüşü başa çatdı

Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı ikigünlük görüş başa çatıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

 

“Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vasitəçiliyi və iştirakı ilə keçirilib”, - A.Naqdalyan məlumat verib.Report

Tarix: 30 Yanvar 2020, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin