“Neftin qiymətində baş verən həftəlik tərəddüdlər Azərbaycanda manatın məzənnəsinə təsir göstərmir və təsir də göstərə bilməz”.
Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama: "İlin sonuna kimi..."
Pravda.az xəbər verir ki, bu barədə MB sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkənin dayanıqlı makroiqtisadi çərçivəsi var: “Toplanmış valyuta ehtiyatları imkan verir ki, tərəddüdlərin qarşısını ala bilək. İlin sonuna kimi bu proses davam edəcək”.