BURADA REKLAMINIZ OLA
BİLƏR

“Çirkli pulların yuyulması ilə bağlı qaydalar sərtləşdirilib”

“Valyuta bazarının nağd və qeyri-nağd seqmentində stabillik var. Belə fonda xarici valyuta köçürmələri, müalicə, təhsil ödənişləri ilə hansısa məhdudiyyətlərin olması başadüşülən deyil”.

 

Pravda.az xəbər verir ki, bu barədə Mərkəzin Bankın baş direktoru Əli Əhmədov məlumat verib.

 

O qeyd edib ki, ən çətin dövrlərdə belə bu sahədə məhdudiyyət olmayıb: “Bu əməliyyatlar bank hesabları və kartları vasitəsilə sərbəst şəkildə icra edilir. Bəzi hallarda xarici banklar tərəfindən çirkli pulların yuyulması ilə bağlı qaydalar sərtləşdirilib. Buna görə də banklar bunu öz daxili siyasətlərinə uyğun müəyyənləşdirirlər. Banklar öz daxili nəzarət sistemlərini formalaşdırırlar. Ancaq bütövlükdə bu seqmentdə hər hansı məhdudiyyət yoxdur. Mərkəzi Bank tərəfindən də belə administrativ tələb qoyulmayıb”.

Tarix: 30 İyul 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin