BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövnəq Abdullayev Zelenski ilə görüşdü

Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, Zelenski qeyd edib ki, Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

 

Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.

 

Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

 

Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak etdilər.

Tarix: 30 Yanvar 2020, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin