BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,50%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib.

 

Pravda.az-ın verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

 

Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib.

 

Qərar bu gündən etibarən qüvvəyə minib.

 

Qeyd edək ki, bundan əvvəl 13 dekabr 2019-cu il tarixində AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib (9,25% və 5,75%).

 

Xatırladaq ki, Mәrkәzi Bankda 2019-cu ildә faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilib vә uçot dәrәcәsinin mәrhәlәlәrlә 9,75%-dәn 7,5%-ә endirilmәsi barәdә qәrar qәbul edilib. Ümumilikdә, 2018-ci ilin әvvәlindәn bәri uçot dәrәcәsi 2 dәfә azaldılıb.

 

Qeyd edək ki, bu il ərzində faiz dәhlizinin parametrlәrinә dair növbəti qәrarlar 19 mart, 1 may, 19 iyun, 30 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək.

Tarix: 31 Yanvar 2020, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin