Koronavirusa qarşı vaksinlərə əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat"ı veriləcək.
Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib ki, vətəndaşlara sertifikatların verilməsi üçün xüsusi komissiya yaradaılıb.
Pərviz Abubəkirov vurğulayyıb ki, sertifikatlar yalnız əks göstərişi olan şəxslər üçün nəzərdə tutulub.