Koronovirus səbəbindən bir ildən artıqdır ki, bağlı olan obyektlərin fəaliyyətinə qoyulan qadağa aradan qaldırıla bilər.
Söhbət uşaq əyləncə mərkəzləri, kinoteartlar, hamamlar və oyun zallarından gedir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan vaksinasiya prosesinə erkən başlayan, koronovirusla mübarizə sahəsinə öz töhvəsini verən sayılı ölkələrdəndir. Elə buna görə də müəyyən şərtlər əsasında məhdudiyyət tətbiq edilən sahələrin fəaliyyətinə tədricən icazə verilə bilər.