Tokio-2020-də yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə yekun vurulub.
Pravda.az xəbər verir ki, Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finalda Məhəmməd Reza Qerayi (İran) ilə qarşılaşıb. Görüş vaxtından əvvəl başa çatıb. Məhəmməd Reza Qerayi texniki üstünlüklə qələbə qazanaraq (9:1) Olimpiya Çempionu olub. Pərviz gümüş medalla kifayətlənib.