Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Messi “Barselona”dan ayrıldı

1 931
Paylaş:
Messi “Barselona”dan ayrıldı

“Barselona”nın kapitanı Lionel Messinin taleyinə aydınlıq gəlib.

Pravda.az xəbər verir ki, Kataloniya klubu argentinalı superulduzla yeni müqavilə imzalanmayacağını bəyan edib.

Bir müddət əvvəl klubla yeni 5 illik müqavilə imzalanması xəbəri yayılan 34 yaşlı futbolçu ilə yollar rəsmən ayrılıb.

Onun karyerasını PSJ və ya “Mançester Siti”də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edib.

Paylaş:

Ən son xəbərlər