BURADA REKLAMINIZ OLA
BİLƏR

"Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir" - XƏBƏRDARLIQ

“Deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

 

MSK sədri deyib ki, namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir: “Seçkiqabağı təşviqat kampaniyası zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”.

 

M. Pənahov namizədləri ədalətli olmağa çağırıb: “Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

Tarix: 31 Yanvar 2020, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin