Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Hacı Əliyev qələbə qazandı
Pravda.az-ın məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.