Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Kəlbəcər rayonunda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə səfəri davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib.