Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Mariya Stadnik uduzdu

1 664
Paylaş:
Mariya Stadnik uduzdu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.

Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə daha 10 xal verən güləşçi vaxtından əvvəl məğlubiyyətlə üzləşib. O, sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Paylaş:

Ən son xəbərlər