Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli ərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.
Pravda.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyinin sahibkarlara ünvanladığı xəbərdarlıqda bildirilib ki, 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxlərin işçilərinin (əmək və yaxud mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80%-nin COVID-19-a qarşı I doza, 1 oktyabr tarixindən isə II doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsində tanış olmaq mümkündür.