Məzmuna keç
Pravda.az — xəbər portalı
Hərbi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu - MN

2 260
Paylaş:
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu -     MN

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:

Ən son xəbərlər