BURADA REKLAMINIZ OLA
BİLƏR

Karateçimiz növbəti qələbəsini qazandı

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

 

Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.

 

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Tarix: 7 Avqust 2021, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin