Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Yığmamız üçün çıxışının son günü daha məhsuldar alınıb.
Çünki komandamız aktivinə daha 3 medal yazdırıb. Onlardan 2-si gümüş, 1-i isə bürünc olub.
Sərbəst güləşçilərimizdən Hacı Əliyevlə karateçimiz İrina Zaretska həlledici görüşdə məğlub olaraq gümüş mükafata yiyələnib. Şərif Şərifov bürünc medal uğrunda dueldə uduzubsa, Mariya Stadnik Olimpiadanı 3-cü pillədə tamamlamağı bacarıb.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası isə finala yüksələ bilməyib.
Bununla da Yaponiyaya 44 idmançı ilə yollanan Azərbaycan millisi Olimpiadanı 3 gümüş və 4 bürünc medalla başa vurub.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu