Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır. Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edir.
Tibb üzrə fəlsəfə doktoru Şəmsiyə Namazlı bildirir ki, dekorativ boyaların çoxunda istifadə olunan qurğuşun, xüsusilə sinir sisteminə mənfi təsir edir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərkibində qurğuşunun çox olduğu boyalardan istifadə olunan evlərdə yaşayan uşaqlarda əqli cəhətdən geriləmə olduğu sübuta yetirib.