16 avqustdan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdri Fazil Talıbov deyib. Onun sözlərinə görə, dövlət sosial xidmətlərindən istifadə edən vətəndaşların peyvənd olunmaları vacibdir.