BURADA REKLAMINIZ OLA
BİLƏR

Diasporla İş üzrə Dövlət Komitəsinin adında dəyişiklik edilsin - MİLLİ MƏCLİSDƏ TƏKLİF

“Azərbaycanda Diasporla İş üzrə Dövlət komitəmiz var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətlərinə görə” nəzərdə tutulduğu qeyd olunur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rafael Hüseynov deyib.

 

Deputat bildirib ki, dünyanın bir çox ölkələrində bu söz diaspora kimi işlədilir: “İngilis, rus dilində də bu ifadə belə işlənir. Diaspor sözü isə hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir adder. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi hidroksitlərlə işləmir. Komitənin fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır. Düşünürəm ki, bu ifadə həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora yazılmalıdır”.

Tarix: 19 Noyabr 2019, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin