BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq dərəcəli hakim deputatlığa namizədliyini geri götürdü – "Heç bir təziq olmayıb”

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd, Əmakdar məşqçi, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov namizədliyini geri götürüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun özü məlumat yayıb.

 

“Bilirsiniz ki, mən hər zaman dövlətə sədaqətimi əməlimlə sübut etmişəm və nəzərinizə çatdırıram ki, mən öz istəyimlə namizədliyimi geri götürmüşəm. Heç bir təziq olmadan bu qərarı vermişəm. Bundan sonrada hansı sahədə oluramsa yenə də xidmətlərim xalqım millətim üçün olcaqdır. Mən millət vəkili olmasam belə əlimdəm gələni həmkəndlilərim üçün əsrgəməyəcəm!

 

Təbliğat və təşviqat kompanyası zamanı mənə dəstək olan Əmircan, Yeni Suraxanı, Bülbülə qəsəbə sakinlərinə, qərərgahda mənimlə çiyin-çiyinə çalışan kollektivimə və çevrəmdə olan sədaqətli dostlarımın hər birinə dəstəklərinə görə dərin təşəkkürümü bildirirəm.

 

Öz adımdan və Şərifovlar ailəsi adından bir daha hər kəsə çox sağolun deyirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki, sizləri tanıdım. Yazdığınız hər bir misra mənim üçün çox önəmlidir” – H.Şərifov bildirib.

Tarix: 31 Yanvar 2020, 19:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin