Sabahdan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda deyilir : “Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb”.
Post terminallar aşağıdakı ünvanlarda quraşdırılıb;
A.Hüseynov küç.Rəsulzadə qəs.(Binəqədi rayonu)
28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu)