BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Hakimlər ömürlük təyin olunmalı, 10 min manat maaş verilməlidir”

“Hakimlərə ən azı 10 min manat amaaş verilməlidir. Hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir: “Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

 

Q.Həsənquliyev qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq: “Əgər hakimin evi yoxlusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Tarix: 19 Noyabr 2019, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin