“2021-2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılacaq”.
Pravda.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə qəbul planı 9,6 faiz artırılıb: "Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı yeni ixtisasların da tədrisinə başlanılması nəzərdə tutulur".
C.Kərəmov deyib ki, texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisasın, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisasın tədrisi aparılacaq: "Təklif edilən yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılıb".
Peşə təhsili müəssisələrinə qəbul planı artırıldı