O deyirlər e, ay Biratnski ştamm belə getdi, ay nə bilim Afrikanski ştamm belə gəldi, Delta-filan, hamısı boş şeydi.
Dünyanın ən təhlükəli, ən şıltaq, ən “nipridskazuyemıy” virusu bizim analoqu olmayan milli Azərbaycan virusudur.
Baxın, bütün həftə “BakuBus”ın basları basabas, ağzına qədər dolu, metro ağzına qədər dolu, amma bizim izbalovannıy virusumuz minmir ki, mən imennı şənbə-bazar minmək istəyirəm, sərnişinlərin az olan günlərində.
Yaxud, baxırsan ki, Bakı - Gəncə avtobusu gedir, hamı ağız-ağıza, yolda dayanır kafe filanda, ayağyolu party, amma di gəl ki, virus saymır bu avtobusları, hökmən deyir ki, Bakı - Gəncə qatarı olsun, onunla gedəcəm yalnız.
O gün oturtmuşam virusu qabağıma, deyirəm ay virus, bax sənin uje paçti 3 yaşın olacaq bu gün-sabah, sənin nə vaxt ağlın gələcək başına?
Gül kimi varlının 300 nəfərlik toyuna getmirsən, qəşəng restoran, dəbli qonağlar, qapıda heç kim kovid-pasport yoxlamır, reyd keçirmir, get rahatca yoluxdur da camaatı!