Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır (öncəki proqnoz 770 min barel idi). Proqnozun azaldılmasının səbəbi kimi, cari ilin ikinci yarısında qaz kondensatı hasilatının gözlənilən azalması göstərilir.