Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Pravda.az-ın məlumatına görə, XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Morozov Denis Valeryeviç

Musayev Füzuli İsa oğlu

Tağıyev Qurban Vaqif oğlu.