BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçi" uduzdu

Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Liqasında növbəti matçına çıxıb.

 

Pravda.az xəbər verir ki, paytaxt klubu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK klubu ilə cavab oyununu keçirib.

 

Qarşılaşma Finlandiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb. Bakılılar Konfrans Liqasında çıxış edəcək.

 

Samir Abasovun komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – “HB Torshavn” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Avropa Liqası

 

3-cü təsnifat mərhələsinin cavab oyunu

 

12 avqust

 

20:00. HJK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 3:0

 

Qol: Riski, 46, 61, 90

 

Baş hakim: Dəniz Aytekin (Almaniya).

 

Helsinki Futbol Stadionu.

 

İlk oyun – 2:2.

 

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 22. Mirabdulla Abbasov

 

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 97. Xəyal Nəcəfov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 20. Mert Çelik

 

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun, 11. Roope Riski, 27. Filip Valençiç

 

Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 20. Sparv, 9. Riku Riski, 29. Entoni Olusanya

 

Tarix: 12 Avqust 2021, 21:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin