Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün avqustun 20-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.