BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Həbsdən çıxan müxalifətçi məhkəmə qərarlarını pozub”

“Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, həmin şəxs Azərbaycan vətəndaşını işə bərpa etməyib və onları dövlətdən narazı salıb: “Beş Avropa Məhkəməsinin qərarını yetirmir. Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtı ilə özü bu əməllərin sahibi olub. O qərarlar vaxtında yerinə yetirilsəydi və yerinə yetirilmədiyi halda ona ciddi şəkildə cəza verilsəydi, bu gün o, başqa cinayətlərə də yuvarlanmazdı. Bu məsələdə ciddiliyi təmin etmək lazımdır”.

Tarix: 19 Noyabr 2019, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin