“Moskvada koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin bir hissəsi ləğv edilir”.
Pravda.az xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin öz rəsmi bloqunda yazıb.
Mer bildirib ki, bu gündən etibarən müəssisələrdən və təşkilatlardan 65 yaşdan yuxarı olan əməkdaşlar və xroniki xəstəliklərdən əziyyət çəkən işçilər də daxil olmaqla əməkdaşlarının 30%-ni distant iş rejiminə keçirmələri ilə bağlı mütləq tələb ləğv edilir.
Lakin bununla belə, şirkətlərə əgər bu rejim quruma zərər vurmayacaqsa, distant iş rejiminə davam etmələri də tövsiyə olunub.