Azərbaycanda son sutkada koronavirus əleyhinə 63 547 vaksin vurulub.

Pravda.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18960 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 milyon 671 min 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 332 min 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 339 min 121 təşkil edir.